Biz Sizinlə çox rastlaşmışıq. Hətta bizim necə işlədiyimizin də şahid olmusunuz.
Biz 2008-ci ildən etibarən 100-dən çox yaşayış və qeyri-yaşayış binalarının inşası üçün beton və tikinti materialları daşıdıq, 10 000-lərlə kilometr yolun təmiri üçün özüboşaldan texnikalarımızı səfərbər etdik. Amma yorulmadıq. Müştərilərimizə daha da yaxşı xidmət göstərmək üçün insan kapitalına və yeni nəqliyyat vasitələrinin əldə olunmasına yatırım etdik. Bu hələ gördüyümüz işlərin bir hissəsidir.
Heç kimi yarıda
qoymadıq.
Biz 200-dən çox tikinti texnikamız var deyib öyünmək əvəzinə tikinti texnikası cəhətdən sıxıntı yaşayan 100-dən çox fərdi və korporativ müştəriyə dayaq olduq. AS Nəqliyyat şirkəti olaraq onların yarımçıq qalan işlərini tamamlaması üçün öz nəqliyyat dəstəyimizi göstərdik.
Budur artıq 14 ilə yaxındır ki, AS Nəqliyyat şirkəti olaraq ölkəmizin şəhər və rayonlarımızın yenidən qurulması və gözəlləşdirilməsi istiqamətində yorulmadan nəqliyyat dəstəyi göstərməkdəyik. Biz bu işin AS-ı, həm də nəqliyyat bələdçisi olduğumuz üçün 2008-ci ildən etibarən işimizi həvəs və keyfiyyətlə görməyə davam edirik.
Məqsədimiz
Genişlənməyi seçirik
Biz daima fəaliyyətimizi genişlənmək üzərində çalışırıq. Məqdəsimiz yerli bazarda fəaliyyət göstərən istər korporativ, istərsə də fərdi sahibkarları müxtəlif kateqoriyalı tikinti texnikaları ilə təmin etməkdir.
Yenilənmək marağındayıq
Sizə daha yaxşı xidmət göstərmək üçün tabeçiliyimizdə olan bütün tikinti texnikalarını daim yeniləri ilə əvəz etməyi hədəf seçmişik. Bu addımı sifarişləriniz icrasını daha yaxşı və müasir texnikalar ilə həyata keçirmək üçün edirik.
İnsan kapitalına yatırım
Bu işlər insan faktoru olmadan irəliləyə bilməz. Məhz buna görə də AS Nəqliyyat şirkəti olaraq Sizə daha peşəkar şəkildə xidmət göstərmək üçün insan kapitalına da yatırım edirik. İstəyimiz işinizi və işimizə yarıyacaq kadrlar yetişdirməkdir.
Əməkdaşlıqlar
Biz işimizi irəliyə aparacaq bütün yerli və beynəlxalq əməkdaşlıqlara hər zaman açığıq. Yetər ki, bu əməkdaşlıqlar uzun müddətli və şirkətimizin müştəriləri üçün faydalı olsun. Məqsədimiz bu istiqamət üzrə olan yenilikləri şirkətimizə uğurla tətbiq etməkdir.
Dəyərlərimiz
Sahibkarları qoruyuruq
Yerli bazarda fəaliyyət göstərən sahibkarlar şirkətimizin ən dəyərli sərvətimizdir. Onları bazarda baş verən xoşagəlməz (süni qiymət artımı, ədalətsiz qiymət siyasəti və s) hallardan daim qorumaq üçün maarifləndirməyə çalışırıq.
Müştəri loyallığı
Bizimlə iş birliyi olan müştərilərimizin hər biri bizim üçün önəmlidir. Əlimizdə olan məlumat bazasında sayəsində onlarla müntəzəm əlaqə saxlamağa çalışırıq. Buna səbəb müştərilərimizə olan loyallığımız və onların bizim inkişafımıza verdikləri təkandır.
Şəffaflıq önəmlidir
Şirkətimizin imici və müştərilərlə aramızda olan şəffaflıq bizim üçün olduqca önəmlidir. Bu şəffaflığın qorunması üçün isə daxili nəzarət sistemimizi daima təkmilləşdiririk. Biz üçün itirilmiş hər bir müştəri, şəffaflığımıza vurulmuş zərbədir.
Ətraf mühit birinci gəlir
Fəaliyyət sahəmiz üzrə ekologiyanın qorunması məsələsini də şirkətimizin əsas istiqamətləri sırasına əlavə etmişik. Biz, təbiət ilə gördüyümüz iş arasında balansı qoruyur və bu məsuliyəti şirkətimizin hər bir əməkdaşına aşılayırıq.