AS Nəqliyyatda tikinti texnikalarına xidmətin üstünlükləri:
Problemi araşdırırıq
Tikinti üçün nəzərdə tutulan texnikalardakı problemləri
araşdırmaq üçün üzləşdiyimiz bütün növ texniki nasazlıqları qeydə alırıq. Bu
bizə texnikalarda yaranmış problemləri qısa müddət ərzində aşkar etməklə, həll
yolu təklif etməyə imkan yaradır.
Peşəkar ustalar danışır
AS Nəqliyyat ilə dırnaqarası ustalarla üzləşdiyiniz
problemləri unuda bilərsiniz. Siz keyfiyyətli işin vurğunu olduğunuz kimi, biz
də imicimizin vurğunuyuq. Odur ki, tikinti üçün nəzərdə tutulan nəqliyyat
vasitələrinizi təmirə gətirərkən “Görəsən bu adamlar işinin ustasıdır?”
şübhəsini unudun.
Orijinal ehtiyat hissələri
Sizə məxsus olan texnikalara AS Nəqliyyat şirkətinin təmir
mərkəzində xidmət göstərilirsə, “Bağışlayın bu ehtiyat hissələri orijinaldır?”
sualını verməyinizə ehtiyac yoxdur. Biz etibarınızı qazanmağı, keyfiyyətsiz
ehtiyat hissələrindən gəlir əldə etməkdən daha üstün tuturuq.
Zəmanət veririk
Tikinti üçün nəzərdə tutulan nəqliyyat vasitələrini bir yerdən
başqa yerə daşımağın Sizin üçün ciddi zaman itkisi olduğunu anlayırıq. Məhz buna
görə də texnikaların təmiri zamanı gördüyümüz işləri diqqətlə yoxlayır, işimizi
zəmanət altına alırıq.